Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


09.03.2019  11:43 

“Lotu Quli” Türkiyədən Dubaya köçdü





A+  A-

“Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Türkiyəni tərk edərək Dubaya köçüb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Rosbalt” saytına hüquq-mühafizə orqanlarından olan mənbə bildirib.

46 yaşlı “qanuni oğru” bundan sonra fəaliyyətini Dubayda həyata keçirəcək. Onun Birləşmiş Ərəb Ölkələrinə köçməyinə səbəb özünü Rusiya başda olmaqla bir çox ölkələrin təhlükəsizlik qüvvələrindən qorumaqdır. “Vor zakon” uzun müddət Dubayda qalmağı planlaşdırır.

“Quli”nin Rusiyada fəaliyyət göstərən qruplarının nəzarət mərkəzi artıq Birləşmiş Ərəb Əmirliklərində yerləşib. Məlumata görə, o, demək olar hər gün internet vasitəsilə həmin qruplarla əlaqə saxlayır və öz tapşırıqlarını verir.

Mənbənin sözlərinə görə, son zamanlarda “Lotu Quli”nin nümayəndələri Rusiyada görülməmiş aktiv fəaliyyətə başlayıblar. Belə ki, əməliyyatçılar onları tutmağa çalışır. Bir müddət öncə “Quli”nin Dolqoprudnıy və Moskvadakı adamları saxlanılıb, artıq onların Sverdlovsk və digər bölgələrdəki qanunsuz fəaliyyətləri barədə məlumatlar əldə edilib.

2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilən azərbaycanlı “vor zakon” Rövşən Lənkəranskinin nəzarəti altında olan bütün bazar və digər kommersiya obyektləri hazırda faktiki olaraq Səlifovun əlinə keçib. Digər azərbaycanlı avtoritetlər onunla mübahisə etməməyi üstün tuturlar. Onun Moskvada əsas rəqibi Lənkəranskinin əmisi oğlu Zaur Əhmədov idi. Lakin “Quli” Əhmədovun nəzarəti altında olan “Fud Siti” aqroklasterini ələ keçirib. Zaur Əhmədov isə bu hadisədən sonra izini itirib.

Xəbər 1623 dəfə oxunub.




16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +