Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


17.10.2019  08:53 

Bir gündə 57 milyon avro itirdi





A+  A-

Macarıstanın qiymətli kağızlar bazarı bu günlərdə dünyaya bələdiyyə seçkilərinin maraqlı firmaların səhmlərinin məzənnəsində necə əks oluna biləcəyini əyani göstərib.
XəzərNews.az xəbər verir ki, Macarıstanın ən varlı biznesmenlərindən birinin – Lorints Mesaroşun şirkətləri bir birja günü ərzində böyük ziyana düşüb. Budapeşt Fond Birjasının açılışından sonra onun əsas səhmlərinin - “Opus Global” və “4iG”nin məzənnələri müvafiq olaraq 8 və 2,5 faiz düşüb. Beləliklə, ”Opus” səhmləri 19 milyard forint (1 avro 333 forintə bərabərdir) itirib və bunun 13 milyardı Mesaroş ailəsinin itkiləri olub. Hellert Yasainin “4iG” səhmlərinin birja dəyəri isə 2 milyard forint azalıb.

Lorints Mesaroşun maraq dairəsinə daxil olan “Appeninn” şirkəti də hərraclara 2,55 faiz həcmində itkilərdən başlayıb.

Macarıstan KİV-lərinin yaydığı məlumata görə, itkilər bu istirahət günləri paytaxt Budapeştdə və digər dörd iri şəhərdə keçirilmiş bələdiyyə seçkilərində müxalifətdən olan namizədlərin qələbəsi fonunda baş verib.

Beləliklə, Lorints Mesaroş təkcə bir gündə 57 milyon avro ziyana düşüb.

Xəbər 1549 dəfə oxunub.




16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +