Azərbaycanda zəlzələ oldu
Qətərdə Babəkin başına iş gəldi
Qarabağda yeni milli park yaradılır
Bu məntəqələrdə nəticələr saxtalaşdırılıb
Çörəyin içindən siqaret kötüyü çıxdı-FOTO
Polis Oğuzda əməliyyat keçirdi:Saxlanılanlar VAR
Nazir xəbərdarlıq etdi: Bu şəxslər işdən çıxarılacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq
Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ


15.02.2024  22:10 

“Tarixi torpaqlara qayıdış sülh sazişinə daxil ediləcək”





A+  A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, “Altı ay ərzində Zəngəzur dəhlizi açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” adlı süjetdə “Fitch Solutions” Analitik Mərkəzinin bu ilin birinci yarısında sülh sazişi imzalana biləcəyi və sazişdə Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək Zəngəzur dəhlizinin qəbul ediləcəyi ehtimalının böyük olması barədə irəli sürdüyü proqnozundan bəhs olunur.

Bildirilib ki, Ermənistan mediası bu proqnozu Qərbin də Zəngəzur dəhlizinin açılması ilə razılaşdığı kimi təqdim edir:

“Əslində, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişində razılaşdırılması çətin olan məsələ məhz Zəngəzur dəhlizi - Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsidir. Azərbaycanda prezident seçkisinin başa çatmasından sonra rəsmi Bakı və İrəvanın sülh sazişi müzakirəsi regional müstəvidə prioritet məsələ olaraq yenidən aktuallaşıb”.

Qeyd olunub ki, Qərb masasında rəsmi İrəvanın istədiyi formatda görüş olarsa və kommunikasiyanın “suverenlik prinsipi” üzrə açılmasına dair hansısa bəyanat qəbul edilərsə, bu, Ermənistanın əlini gücləndirə bilər:

“Çünki indiyə qədər kommunikasiyanın açılması haqqında yeganə üçtərəfli sənədlər Rusiya masasında imzalanan razılaşmalardır və orada İrəvanın Naxçıvana maneəsiz keçidinin açılması öhdəliyi var. Paşinyan Qərb masasında əldə edə biləcəyi razılaşmanı da bu razılaşmalara qarşı alternativ kimi istifadə etməyi planlaşdırır”.

Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib və Brüssel danışıqlarının bərpa olunması təklifini irəli sürüb:

“Brüsseldə üçtərəfli formatda görüş keçirilərsə, Zəngəzur dəhlizi ilə bağlı eyni yanaşma yenidən gündəmdə olacaq. Ermənistanın yeganə ümid qapısı kimi gördüyü Qərb platformasında da Azərbaycanın Zəngəzur dəhlizi layihəsi “xilas yolu” olaraq qəbul edilir. Bu, Bakının istəyinə nail olmaq şansını artırır. Lakin hər şey təkcə Zəngəzur dəhlizi ilə yekunlaşmır. Brüssel formatında danışıqlar yenidən başlayarsa, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinin də sülh sazişinə daxil ediləcəyi istisna deyil”.

Sonda vurğulanıb ki, mümkün Brüssel görüşündə Azərbaycan keçən ildəki razılaşmanı gündəmə gətirə və bu razılaşmanın praktiki müstəvidə icrasını aktuallaşdıra bilər:

“Bu baxımdan, bu ilin ilk yarısında, yəni yay fəslinə qədər təkcə Zəngəzur dəhlizi ilə bağlı yox, həm də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsində də praktiki addımların atıla biləcəyini proqnozlaşdırmaq mümkündür”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xəbər 1670 dəfə oxunub.




08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +