Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb


14.01.2019  16:11 

İctimai işlərdə çalışanlarla əmək müqaviləsi bağlanacaq





A+  A-

Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının icrasına hazırlıq işləri artıq başa çatır.
XəzərNews.az xəbər verir ki, proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunacaq. Bununla bağlı Mərkəzin rayon filiallarının qurulması işləri də yekunlaşmaq üzrədir.

Haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsi məqsədinə xidmət edən “İşsizin DOSTu” proqramı bu il ərzində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan verəcək. Həmin şəxslər Nazirliyin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən ibarət olacaq.

Ödənişli ictimai işlərə cəlb edilərkən həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanacaq. Bu da onların sosial sığorta sistemi ilə əhatə olunmasına, nəticədə gələcək pensiya hüquqlarının yaranmasına və ya mövcud olan fərdi hesablarında pensiya kapitalının artımına imkan verəcək.

Proqramın iştirakçılarının yerinə yetirəcəkləri ictimai işlərin (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) həcminə, əmək funksiyalarına uyğun olaraq əmək haqları müəyyən olunacaq. Digər tərəfdən, Proqram cari ildə əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına imkan verəcək.

Xəbər 1165 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +