Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb


14.01.2019  17:24 

Çörəyin bahalaşmasının qarşısını necə almaq olar?





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycanda un və ondan hazırlanan şirniyyat məhsullarının qiyməti artıb.
XəzərNews.az xəbər verir ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpik artan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb. Ekspertlər bunu qonşu ölkələrdə buğdanın qiymətinin qalxması ilə əlaqələndirirlər.

İqtisadçı Natiq Cəfərli təklif edir ki, bahalaşmanın qarşısını almaq üçün gömrük və vergi rüsumları ilə bağlı yeni qərarlar qəbul edilə bilər. Belə ki, ölkədə istehsalı az olan və ya olmayan, olması da yaxın illərdə mümkün görünməyən malların gömrük rüsumları və vergiləri aşağı salına bilər.

“Qafqazinfo” sözügedən təklifin reallaşmasının mümkünlüyü ilə bağlı deputat Fəzail Ağamalıya müraciət edib.

Onun sözlərinə görə, çox güman ki, iqtisadi dövlət qurumları yaranmış situasiya ilə bağlı araşdırma aparırlar: “Araşdırmalardan sonra yəqin ki, müvafiq qərarlar da qəbul olunacaq ki, yaranmış vəziyyət Azərbaycan əhalisinin ümumi yaşayış səviyyəsinə təsir göstərməsin. Çünki ölkə prezidentinin siyasəti birmənalı şəkildə Azərbaycan xalqının həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Buna uyğun olaraq da yaranmış olan bu və ya buna bənzər vəziyyətlərdə dövlət qurumları hərəkətə keçirlər və lazım olan addımları atırlar. Vaxtilə belə bir çətin vəziyyət yarananda xaricdən gələn taxıl məhsullarının əlavə dəyər vergisi ləğv edildi. Ləğv edilmə xeyli dərəcədə vəziyyəti yüngülləşdirdi. Yəqin ki, bu və buna bənzər addımlar atılacaq”.

Xəbər 1144 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +