Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb


05.04.2018  09:57 

“ABŞ bu müharibəni uduzub“ - Trampın acı etirafı





A+  A-

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Çinə qarşı ticarət müharibəsində hələ uzun illər əvvəl məğlub olduğunu bəyan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Twitter” səhifəsində açıqlama verib.

“Biz hazırda Çinlə ticarət müharibəsi aparmırıq. Bu müharibəni ABŞ hökumətini təmsil edən axmaq və səriştəsiz insanların ucbatından uzun illər əvvəl uduzmuşuq. İndi bizimlə Çin arasında illik ticarət kəsri 500 milyard dollar həcmindədir, onlar (Amerikanın) 300 milyard dollar dəyərində intellektual mülkiyyətini oğurlayıb. Biz bunun belə davam etməsinə yol verə bilmərik” deyə Tramp bildirib.

Xatırladaq ki, aprelin 3-də ABŞ hökuməti, barəsində 25 faizlik idxal rüsumunun tətbiq olunduğu 1300-ə yaxın Çin məhsulunun siyahısını dərc edib. Vaşinqton açıq şəkildə bildirir ki, bu qərarla Pekini ABŞ məhsulları ilə bağlı intellektual haqları pozduğuna görə cəzalandırır.

ABŞ hökuməti bu ölçülərin arada olan ticarət kəsrini azaldacağına ümid edir.

Vaşinqtonun qərarı cavabsız qalmayıb. Aprelin 4-də Çin rəhbərliyi, ölkədə 100 ABŞ məhsuluna qarşı 25 faizlik idxal rüsumunun tətbiq olunacağını elan edib. Habelə sərəncamın qüvvəyə minəcəyi tarix barədə məlumat verilmir.

Xəbər 1296 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +