Azərbaycanda zəlzələ oldu
Qətərdə Babəkin başına iş gəldi
Qarabağda yeni milli park yaradılır
Bu məntəqələrdə nəticələr saxtalaşdırılıb
Çörəyin içindən siqaret kötüyü çıxdı-FOTO
Polis Oğuzda əməliyyat keçirdi:Saxlanılanlar VAR
Nazir xəbərdarlıq etdi: Bu şəxslər işdən çıxarılacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq
Saxlanılan gəmi heyətimizin ailələri narahatdır - VİDEO
Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ


25.02.2024  19:53 

Türkiyə qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayanır -Ərdoğan





A+  A-

Türkiyə qlobal güc olma yolunda sürətli addımlar atdır. Türkiyə qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayanır.

Xəzərnews.az "Haber Global"a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxış edərkən deyib.

“Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır. Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan, bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”, - deyə dövlət başçısı vurğulayıb.

O, bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində sözün əsl mənasında dastan yazır.

“Bu gün Türkiyənin PUA-ları 34 müxtəlif ölkənin səmasını qoruyur. Biz bu sahədə dünyanın ilk üç ölkəsindən biriyik. Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik. Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi. Dünyada KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biri olduq. Bu qürur hamımızın, 85 milyonumuzundur. Millət olaraq inandıq, çalışdıq və Allaha şükürlər olsun, uğur qazandıq. Bunlar yalnız başlanğıc idi. Biz daha çox, daha təkmil işlər görəcəyik. Yeni şad xəbərimiz yoldadır. Bir dəfə bunu edəcəyik dedik, biz bunu edirik. İçimizdəki müxaliflər, manqurtlar anlamasa da, dostlarımız Türkiyənin nə qədər böyük işlər gördüyünü yaxşı bilirlər. Son dörd gündür dünya KAAN-dan danışır”, - Ərdoğan əlavə edib.


Xəbər 1133 dəfə oxunub.




08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +