Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı
İsveç müdafiə xərclərini artırır


24.06.2022  15:10 

Vüqar Behbudov vətəndaş qəbulu keçirib





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Qəbələdə keçirib.

XəzərNews.az xəbər verir ki, qəbulda Qəbələ və İsmayıllı rayonlarının sakinləri iştirak edib. Vətəndaş qəbulu zamanı 20-yə yaxın müraciətçi fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və digər məsələlərlə bağlı müraciətlərini bildirib. Müraciət edilən məsələlərlə bağlı yerindəcə araşdırma aparılıb, əlavə araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Agentliyin səlahiyyətlərinə aid olmayan, eləcə də sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.

Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbullar vətəndaşların mövcud müraciətlərini yerində araşdıraraq həll edilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilir. Bu ilin may ayından etibarən başlanan qəbul prosesi ərzində Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad və Qəbələ rayonlarında ümumilikdə 20 rayonun sakinləri üçün qəbullar keçirilib. Bu qəbullarda 300-ə yaxın sakinin müraciəti dinlənilib.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediliblər.

Vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini həmçinin (012) 525-41-30 telefon nömrəsinə və 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə ünvanlaya bilərlər.

Xəbər 1512 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +