İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


19.04.2022  16:07 

JuHİ beynəlxalq təşkilatlardan təşəkkür aldı





A+  A-

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı ( JuHİ ) Ukrayna jurnalistlərinə dəstək məsədilə keçirilən beynəlxalq kampaniyada aktiv və effektiv iştirakına görə təşəkkür alıb.

XəzərNews.az xəbər verir ki, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, kampaniya Avropa Jurnalistlər Federasiyasının (EFJ) təşkilatçılığı, Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) dəstəyi və digər beynəlxalq media qurumlarının iştirakı ilə keçirilərək üç istiqaməti əhatə edir:

“Birinci istiqamət maliyyə yardımı üzrə keçirilir. EFJ və İFJ-nin təşkilatçılığı ilə Təhlükəsizlik Fondu yaradılıb. EFJ/İFJ-nin Avropa ölkələri üzrə yerli üzv təşkilatları bu fonda ianələr köçürürlər. Fond, ümumilikdə açıq fəaliyyət göstərir və istənilən təşkilatlar, həmçinin, könüllü olaraq fiziki şəxslər də ianələr edə bilərlər. İndiyədək fonda iki yüz əlli min evrodan artıq vəsait toplanılıb və Rusiyanın Ukraynada apardığı müharibədən zərər çəkimiş jurnalistlərə çatdırılıb. Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı da EFJ və İFJ-nin yerli üzv təşkilatı olaraq ianə kampaniyasında aktiv iştirak edib”.

Beynəlxalq aksiyanın ikinci istiqaməti Ukraynalı jurnalistlərə mənəvi dəstək verilməsini nəzərdə tutur.

Müşfiq Ələsgərli bildirib ki, bu məqsədlə “Perugia bəyannaməsi” hazırlanıb və imzalanmaq üçün milli jurnalist təşkilatlarına göndərilib. JuHİ bu kampaniya da da aktiv iştirak edib.

Üçüncü istəqamət isə informasiya dəstəyinin verilməsidir. Bu hissədə ukraynalı jurnalistlərin Rusiya tərəfindən aparılan müharibə nəticəsində üzləşdikləri problemlər barədə məlumatlandırma işinin aparılması nəzərdə tutulur.

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı kampaniyanın hər üç mərhələsində aktiv və effektiv iştirak etməklə diqqət çəkib. EFJ baş katibi Ricardo Gutierrez və Ukrayna Kütləvi İnformasiya İnstitutunun (Інститут Масової Інформації -ІМІ) direktoru Oksana Romaniuk JuHİ-yə təşəkkürlərini çatdırıblar.

Xəbər 1793 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +