Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


15.07.2020  08:56 

Britaniya Ermənistan və Azərbaycanı dialoqa çağırdı





A+  A-

Böyük Britaniya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa çağırıb.
XəzərNews.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir.

Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verməməsi üçün dialoqa çağırırıq.

Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk.

Davam edən zorakılıq regional sabitliyə və rifaha təhdid olmaqla tərəflər arasında rəsmi danışıqların yenidən başlamasının nə qədər əhəmiyyətli olmasını göstərir".

Xəbər 2455 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +