Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.03.2017  10:39 

İrəvanın mərkəzində etiraz aksiyası keçirilir





A+  A-

2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan ötən gün İrəvanda ölüb.
XəzərNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, A.Sarkisyanın ölümü İrəvandakı seçkiqabağı gərgin vəziyyəti daha da ağırlaşdırıb. Məlumata görə, martın 16-ı axşam saatlarından başlayaraq, A.Sarkisyanın ölümünə etiraz olaraq İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb. Daha sonra etirazçılar Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər.

Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Aksiyaya azadlıqdan məhrum edilmiş müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi bildirilir.

Etirazçılar Azadlıq meydanında oturaq aksiya keçirməyi planlaşdırırlar.


Xəbər 1644 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +