Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


14.07.2017  14:32 

Son yüz ildə ilk dəfə - “Mətbuatda multikulturalizm” çapdan çıxdı





A+  A-

Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü ərəfəsində araşdırmaçı jurnalist Niyaz Niftiyevin “Mətbuatda multikulturalizm” kitabı çapdan çıxıb.
XəzərNews.az xəbər verir ki, son yüz ildə ilk dəfə milli azlıqların mətbuat tarixinin araşdırıldığı kitabda siyasi mədəniyyət, xalqların mediada qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlər, onlarla davranış qaydaları, adət və ənənələrinə münasibətin məcmusu ifadə olunur.
Əsərdə Azərbaycan, talış, ləzgi, kürd, gürcü, erməni, alman, polyak, yəhudi, tat, udi dilləri ilə yanaşı rus, ingilis və fransız dillərində fəaliyyət göstərən media resursları ilə bağlı qeydlər ölkə mətbuatında multikulturalizm ənənələrinə ümumiləşdirici nəzər salınır. Multikultural subyektlərin KİV orqanları təsis etmələrində heç bir problemin olmadığı vurğulanır.

Kitabda Azərbaycanın mətbuat tarixinin çağdaş günümüzədək yüksək səviyyədə araşdırıldığı qeyd olunsa da, milli azlıqların və etnik qrupların KİV vasitələri ilə bağlı eyni həqiqətlər söylənilmir. Bildirilir ki, bu günədək mövzunun aktuallığı nəzərə alınmayıb, istər paytaxt, istərsə də multikultural subyektlərin kompakt yaşadığı bölgələrdə nəşr olunan qəzetlərin tarixi, müraciət etdiyi mövzular diqqətdən kənarda qalıb. Azərbaycan mətbuatı tarixində multikulturalizm - milli azlıqların nəşrləri bəzi kiçik istisnalarla daha çox XIX - XX əsr mətbuatımızın tərkib hissəsi kimi öyrənildiyi vurğulanır. Bu nəşrdə mətbuat tariximizdə multikulturalizmə qısa ekskurs olunsa da, daha çox çağdaş Azərbaycan mətbuatında multikultural ənənələr diqqətlə öyrənilir, bu sahəni tənzimləyən beynəlxalq sənədlərdən nümunələr verilir, dünya təcrübəsindən bəzi seçmələr təqdim olunur.

Kitabda, həmçinin, milli azlıqlar haqqında bütün növ KİV-lərdə çap olunan materialların (2008-ci ildən 2017-ci ilin əvvəllərinə kimi olan dövr ərzində 50-dək qəzet, sayt və jurnalın) monitorinqi aparılır. Monitorinq zamanı hansı qəzetin, saytın və ya jurnalın qeyd olunan illərdə neçə dəfə sözügedən mövzuya müraciətləri araşdırılır. Monitorinqə Azərbaycan, rus və ingilis dilli media cəlb olunub.

Qeyd edək ki, kitab “Ön söz”, “Müəllifdən”, “Azərbaycan mətbuatı tarixində multikulturalizm”, “Çağdaş Azərbaycan mətbuatında multikulturalizm”, “Mediada multikulturalizm: Azərbaycanda yaşayan xalqların mətbuatı”, “Beynəlxalq sənədlər və dünya təcrübəsindən bəzi seçmələr”, “Nəticə” və 5 dildə (rus, ingilis, türk, alman, fransız) yazılan “Xülasə”dən ibarətdir. 248 səhifədən ibarət olan əsərin redaktoru Vasif Hüseynovdur.

Xatırladaq ki, bu əsər Niyaz Niftiyevin multikulturalizm mövzusunda ikinci kitabıdır. Müəllifin bu seriyadan olan ilk kitabı “Azərbaycanda birgəyaşayış və mültikulturalizm” (Bakı, 2015, 407 səh) adlanır.

Xəbər 1366 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +