BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib


24.07.2024  15:38 

Taksi ilə bağlı ŞAD XƏBƏR - Qiymətlər ucuzlaşacaq





A+  A-

Azərbaycanda ilk dəfə taksi xidmətində premium avtomobillərdən istifadə olunacaq. Bu avtomobilləri ölkəyə BOLT şirkəti gətirəcək.

Şirkətdən bildirilib ki, ekoloji təmiz avtomobillərin istifadəsi məqsədilə Azərbaycana 20-dən çox markanı əhatə edən premium elektromobil, eləcə də 300-ə yaxın sıfır emissiya səviyyəli maşın gətiriləcək. Bəs görəsən, bu təşəbbüs taksi qiymətlərinə və xidmət keyfiyyətinə müsbət təsir edəcəkmi?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bundan öncə də taksi xidmətində premium avtomobillərdən istifadə edilirdi:

"Azərbaycanda bu günə qədər də premium tipli avtomobillər taksidə fəaliyyət göstərib. Bunlar əsasən xarici taksi operatorları ilə çalışan fərdi vətəndaşların təşəbbüsü olub. Taksidə premium sinif maşınların olması normaldır. Bu daha komfortlu nəqliyyat vasitəsi ilə getmək istəyən vətəndaş üçün bir fürsətdir. Amma taksi dövriyyəsində, istismarda premium sinif nəqliyyat vasitələri olan kimi burada mütləq yüksək keyfiyyət və təhlükəsizlik olacaq deyə düşünmək yanlış olardı. Taksi sistemi ümumi və vahid bir sistemdir. Ona görə də, düşünmürəm ki, bir neçə premium avtomobilin dövriyyəyə buraxılması ilə taksi xidməti daha keyfiyyətli və təhlükəsiz olacaq".

Ekspert qeyd edib ki, taksi qiymətlərində sərbəst tarif olmalıdır:

"Qiymətlərin bahalaşma və ucuzlaşması məsələsinə gəldikdə isə, taksi qiymətlərində sərbəst tarif olmalıdır. Bu tarif dəyişən tarifdir. Yəni tələb yüksək olduqca qiymət yüksəlir, əksinə, tələb azaldıqca qiymət də azalır. Elə buna görə də, taksidə istismarda olan nəqliyyat vasitələrinin sayı artdıqca, qiymətə müsbət təsir edəcək. Yəni taksi varsa, demək ki, onun qiyməti baha olmamalıdır. Əsas problem hazırda taksi qıtlığıdır".

Xəbər 4538 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +