Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


05.02.2021  16:45 

Füzuliyə qanunsuz keçən 7 nəfər də saxlanıldı - Video





A+  A-

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Füzuli rayonuna qanunsuz yollarla keçən 7 nəfərlə bağlı birgə məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, məlumatda deyilir:

“Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib.

Lakin buna baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanılıb. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallarla birlikdə Füzuli rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq edilib.

Hazırda müvafiq araşdırmalar aparılır.

Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”.



Xəbər 2636 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +