Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


06.06.2018  10:04 

Ramin Hacılı ölkədən qaçarkən saxlanıldı





A+  A-

Bu ilin iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb.
XəzərNews.az DSX-yə istinadən xəbər verir ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıl­ıb.

Xəbər 1560 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +