Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?
13 kiloqram heroin, tiryək, marixuana aşkarlandı
O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir


02.04.2025  12:17 

Baxışımdan od al, isin!





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Payızdan çıxıb gəlmisən,
Yağıb, islanıb nəfəsin!
Qış yanağdan şaxta öpür,
Baxışımdan od al, isin!

Hava kimi, lap su kimi
Gəl, səni alım içimə!
Baş qarışıb yol salmağa,
Çölüm pintidi, incimə!

Səliqəmi qəm dağıdıb,
Həsrət bağlayıb yaramı!
Gözü bağlı keçir ömür,
Aç gözünü, görsün hamı!

Səni qışda qarşıladım,
İlk bahara yol göstərəm.
Doğulandan ev tikənəm,
Səni göydələn istərəm!

Payızdan qış sovqatımı,
Sevgi gətir, dərman kimi!
Sənlə ömür sürməyimi,
Qəbul edim, fərman kimi!

Payızdan çıxıb gəlmisən,
Yağıb, islanıb nəfəsin!
Qış yanağdan şaxta öpür,
Baxışımdan od al, isin!





Xəbər 1999 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +