Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


02.02.2017  14:00 

“Məni şor qiymətində görürlərsə...” - “Bəxt üzüyü”nün Moşusu





A+  A-

 

“45 il fasiləsiz teatrda çalışmışam. Teatrsız çox çətindir, nə etmək olar? Sadəcə olaraq dözürəm. Məni heç vaxt seriallarda rol almaq üçün dəvət etməyiblər. Səbəbini bilmirəm”.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Valeh Kərimov bildirib.

“Bəxt üzüyü” filminin Moşusu indi serial və filmlərdən şikayətlənib:

“Bəhlul Danəndənin yaxşı bir sözü var: “Qatıqla yağa eyni qiymət vermək olmaz”. Əgər məni şor qiymətində görürlərsə, şor qiymətinə, yağ qiymətində görürlərsə, yağ qiymətinə çağırsınlar. İndi film və serial sektorunda qeyri-ixtisasda olan şəxslər var. Bərbər, tibb bacısı, bir sözlə, hamı filmə çəkilir. Bir aktyor-aktrisalardan başqa... Başa düşmürəm, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır?

Çəkən rejissorlar da təhsil almayıblar. Onlar ancaq gördüklərini reallaşdırırlar. Yaxşı pul qazanırlar. Camaat bir barmaq göstərəndə güləcəksə, eybi olmaz, qoy gülsünlər. Həlim filmlər baxdığın müddətdə yadda qalacaq, sonra unudacaqsan. Ancaq Azərbaycan kinolarını insanlar yadda saxlayır. İndiki kinolardakı ifadələr kəlama çevirilmir”.

Aktyor söyləyib ki, prezident təqaüdçüsü olduğu üçün dolanışı yaxşıdır:

“Mənim dolanışığım pis deyil, prezident təqaüdçüsüyəm, 1300 manat pul alıram. Mən bircə teatr, səhnə və sənət üçün darıxıram, yuxularımda görürəm”.



Xəbər 1913 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +