Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.11.2023  16:08 

General-mayor rütbəsi alan keçmiş icra başçısının oğludur - Foto





A+  A-

Bu gün Müdadiə Nazirliyinin General-mayor rütbəsi alan zabitlərindən biri - Fərid Əliyevin 36 yaşı var. O, Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı (1999-2012) Əlibala Əliyevin oğludur.

F.Əliyev 2009-cu ildə, həmin vaxt icra başçısı vəzifəsində işləyən atasının sayəsində işə düzəlib. Əmək fəaliyyətinə Gömrük Komitəsində başlayan bu cavan oğlan qısa müddət sonra, 30 yaşında Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

O, heç vaxt Müdafiə Nazirliyində işləməyib, hərbçi deyil (Gömrük Komitəsi hərbiləşdirilmiş qurum olsa da), yalnız 2023-cü ilin yanvar ayında Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunub.

Heç şübhəsiz ki, digər qurumlardan hansısa şəxslər Müdafiə Nazirliyinin müvafiq idarələrinə gətirilə bilər. Amma atasının və bəzi yüksək vəzifəli dostlarının hesabına Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat alan bu adam general rütbəsini daşıyacaq qədər xidmətə sahib deyil.

Hikmət Mirzəyev düz 18 il "General-mayor" rütbəsi ilə xidmət göstərib, O, bu illər rəzində XTQ-ni ən peşəkar döyüş qabiliyyətinə malik qüvvə kimi formalaşdırıb. Yalnız 2020-ci ildə, II Qarabağ Savaşından sonra General-leytenant rütbəsi alıb. Bu ölkədə general rütbəsinə layiq olan xeyli sayda polkovniklər var. İndi bu cavan oğlan nə edəcək?! Heç nə!

Daha bir oliqarx generalımız gəlir. Qarşılayın!



Samir Feyruzov

Xəbər 1255 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +