Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.03.2021  11:23 

Talış və Ağdama getmək istəyənlər saxlanıldı





A+  A-

İşğaldan azad olunmuş Talış kəndi və Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
DİN Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Keçirilmiş digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulmuş nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.

Araşdırmalarla onların Tərtər rayon sakinləri Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Xəbər 2170 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +