Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


23.04.2019  17:02 

Müsabiqəni Real TV qazandı





A+  A-

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
XəzərNews.az-a daxil olan məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 28 fevral 2019-cu il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV-Media Azerbaijan” MMC, “RTV” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilib.

Müzakirənin nəticəsi olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək elan olunmuş müsabiqənin qalibi müəyyən etmiş və ona ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilməsi qərara alınıb.



Xəbər 1393 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +