Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


19.04.2019  18:20 

İstirahət günündə də yağış yağacaq





A+  A-

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 10-15 dərəcə isti, aprelin 21-də 18 dərəcəyədək isti təşkil edəcək.

Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə: Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, aprelin 21-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi aprelin 21-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Xəbər 1335 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +