Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.11.2021  16:38 

MEDİA-da nə baş verir?





A+  A-

Maliyyə Nazirliyi Medianın İnkişafı Agentliyində yoxlama aparıb.

XezerNews.az AFN-ə istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbənin sözlərinə görə, yoxlama bir neçə gün çəkib: "Nəticəsi necə olubsa, iki aydır KİV-lərə ayrılan vəsaitlər köçürülmür. Əslində qurumdan KİV-lərə bildiriblər ki, vəsaitin gecikməsinə səbəb MEDİA-da aparılan maliyyə yoxlamasıdır. Yoxlamanın aparılması və nəticələri barədə ictimaiyyətə məlumat verilməyib".

Maliyyə Nazirliyinin mətbiat xidmətinin rəhbəri Mais Piriyev AFN-ə açıqlamasında bildirdi ki, MEDİA-da yoxlama aparılması ilə bağlı onda məlumat yoxdur: "Agentlik yeni yaradılan qurumdur, orada maliyyə yoxlamasının aparılması inandırıcı deyil. Üstəlik, KİV DF-də aparılan yoxlamalar hələ təzə başa çatıb". M.Piriyev məsələ ilə bağlı dəqiqləşdirmə aparıb sonra daha detallı açıqlama verəcəyini bildirsə də, sonradan heç bir məlumat vermədi.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva isə bildirdi ki, qurumda hər hansı maliyyə yoxlaması aparılmayıb: "Bəli, saytlara ayrılan vəsaitlərin ödənişi gecikir, təxminən iki aya yaxındır, amma bunun hər hansı yoxlama ilə əlaqəsi yoxdur. Lazım olan tədbirlər görülür, ən qısa zamanda bütün vəsaitlər ödənəcək".

Xəbər 1593 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +