Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.10.2021  20:39 

2013-cü ildə aldığım sərəncam 2014-də ləğv edilib, ora 17 milyon pul qoymuşam





A+  A-

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılan prosesdə R.Quliyevin tikintisinə icazə verdiyi binanı inşa edən “FF-2011” Mənzil Tikinti Kooperativin təsisçisi Tamella İbrahimova ifadə verib.

O bildirib ki, bir müddət sonra tikintiyə qadağa qoyulub: “Bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbovun yanına getdim. Ona dedim ki, Rasim Quliyev kimdi? Dedi ki, nə olub? Söylədim ki, deyilənə görə Rasim Quliyev mənim sənədinmə imza çəkdiyinə görə işin alınmayıb. Hacıbala müəllim dedi ki, ola bilməz. Məni arxayın elədi və Ramiz Mehdiyevlə danışdı. Ramiz müəllimə dedi ki, Rasim Quliyevin imzasını tanımırlar. O da dedi ki, “ola bilməz, biz onun sənədlərini qəbul edirik”. Zakir Qaralovun məktubunda göstərilmişdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq. Hacıbala Abutalıbov dedi ki, mənim müavinim Rauf Pənahov rəhmətə getdi, ona görə saxlayıblar. Sonra dedilər ki, mənim 2013-cü ildə aldığım sərəncam 2014-də ləğv edilib. Mən ora 17 milyon pul qoymuşam”.

İttihama görə, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.



Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb./“Kriminalqafqaz”

Xəbər 1920 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +