Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


09.02.2024  15:58 

Hacı Nuran niyə evlənmir? - Səbəbini açıqladı





A+  A-

Tanınmış xeyriyyəçi, aparıcı Nuran Məmmədov (Hacı Nuran) şəxsi həyatı ilə bağlı danışıb.

Xəzərnews.az yenisabah.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinin qonağı olan Hacı Nuran evlənməməyinin səbəbini açıqlayıb.

Yanvar ayında 47 yaşı tamam olan aparıcı özünə uyğun qız tapa bilmədiyini bildirib.
Verilişin qonağı olan Xalq artisti Brilliant Dadaşova evliliyin heç də asan olmadığını, özünə uyğun şəxsi tapmağın çətin olduğunu qeyd edərək dostu Hacı Nuranı müdafiə edib:

"Evlilik çətindir. Sən əgər bir nəfərlə ailə qurursansa bütün ömrünü, evini, sevincini, kədərini o insanla bölüşməlisən. Həyat yoldaşı seçmək çox çətindir. Hacı Nurana özəl qayğı lazımdır, ona kimsə qulluq etməlidir. Xasiyyətinin tutması vacibdir, ona görə də arzu edirəm ki, dostum Nuran özünə uyğun, xasiyyəti tutan həyat yoldaşı seçsin".

Xəbər 1583 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +