Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.04.2025  14:00 

“Şərurlu İsfəndiyar“ın oğlu külli miqdarda mənimsəməyə görə saxlanılıb





A+  A-

"Şərurlu İsfəndiyar" ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovdan yeni xəbər var.

XəzərNews.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, tikinti maqnatının oğlu Şahin Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə Şahid Axundov atasının biznesinə daxil olan çoxsaylı Mənzil Tikinti Kooperativlərindən(MTK) birinin sədri olub.

Qeyd olunur ki, Şahin Axundov sədri olduğu MTK-ya mənzil almaq üçün pul ödəmiş vətəndaşların şikayətləri əsasında tutulub.

Ona qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.

Şahin Axundovun sədri olduğu MTK-da bir mənzilin bir neçə nəfərə satılması iddiaları var. İstintaqın genişlənəcəyi, MTK-nın digər rəsmilərinin də istintaqa cəlb ediləcəyi də istisna deyil.

Xəbər 2456 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +