İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib


28.10.2019  13:57 

Bakıda silahlı şəxs saxlanıldı





A+  A-

Bakıda üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Nəsimi rayon sakini Samir Məmmədov Ziya Bünyadov prospektində tutulub. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və silahın sandıqçasından 8 ədəd patron aşkar olunaraq götürülüb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Qeyd edilən faktla S.Məmmədov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbər 1341 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü


BÜTÜN XƏBƏRLƏR +