Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.11.2020  14:19 

“Siz yerdən göyə qədər haqlısınız” - Binəli Yıldırım





A+  A-

“Dünən Prezidentimizlə birlikdə idik. Cənab Prezidentimizin salamlarını Sizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bir neçə gün əvvəl İzmirdə böyük bir fəlakət baş verdi”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O, Türkiyənin İzmir şəhərində baş verən dəhşətli zəlzələ haqda da danışıb:

“İzmirdən seçilən deputat olduğuma görə hadisənin baş verdiyi ilk andan orada idim. Axtarış-xilasetmə işləri zamanı vətəndaşlarımızın dağıntılar altından sağ çıxarılması, xəsarət alanların müalicəsi üçün böyük səy göstərdik. Prezidentimiz də oraya gəldi. O da lazımi göstərişlərini verdi.

Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.

Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib”.

Xəbər 2312 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +