Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.04.2020  15:57 

Füzulidə yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir





A+  A-

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir.
XəzərNews.az xəbər verir ki, Füzuli rayon icra Hakimiyyətinin təşəbbüsü ilə mütəmadi olaraq xüsusi karantin rejiminin qaydalarına uyğun olmaqla çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir.

Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları və yerli könüllülər rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan 50 ailəyə (tənha, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı) baş çəkərək onlara ərzaq yardımları paylayıblar.

Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.






Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +