Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


20.02.2019  10:06 

“Əgər mən Ramzanın əmisiyəmsə...” - Qafqazın şeyxi





A+  A-

Azərbaycanlılarla çeçenlər arasındakı insidentə bir neçə gündür ki, ən yüksək səviyyədə reaksiyalar verilməkdədir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə isə dünən məsələyə münasibət bildirərək nöqtə qoyub.

XəzərNews.az xəbər verir ki, o, Real TV-yə açıqlamasında hər iki xalq arasında qardaşlıq münasibəti olduğunu qeyd edib:

“Prezident İlham Əliyevlə danışandan sonra vəziyyətin nə yerdə olduğunu anladım. Cənab prezident mənə bəzi göstərişlər verdi. Buna əsasən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə danışdım. Sonra birbaşa özüm Çeçenistanın rəhbərliyi ilə danışıqlar apardım. Həmin an Çeçenistan rəhbərliyi Dubayda idi, ölkənin muftisi isə İraqa uçurdu. Mən vəziyyətin bu şəkildə olmasını onlara deyəndə müəyyən məsələlərdən xəbərləri var idi. Onlara prezident İlham Əliyevin salamlarını çatdırdım və bu məsələdən narahat olduğunu bildirdim. Bundan sonra mufti İraqa uçanda hava limanından onu Qroznıya geri qaytardılar.

Ramzan öz əmisinin yanında məni qucaqlayıb “əmi” deyir. Əgər mən əmiyəmsə, hər iki xalqın nümayəndələrinə müraciət etməyə haqqım var. Bütün Qafqaz xalqı qardaş kimi olmalıdır”.



Xəbər 1421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +