Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


12.05.2017  12:06 

Təhlükəli yataqdakı bütün işçilər təxliyə edildi





A+  A-

Mayın 11-də “28 May” NQÇİ-nin 7 saylı özülündə 319 nömrəli quyuda baş verən qaz təzahürünün qarşısı alınandan sonra, saat 16 radələrindən etibarən özülün yaxınlığında tədricən artan anormal su axını ilə qaz qabarcıqları müşahidə olunmağa başlayıb.
Hadisə yerində olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün ehtimallara qarşı özüldəki işçilərin tam təxliyyə olunmasına əmr verib. Həmçinin, qəza riskini minimuma endirmək üçün özüldə bütün qazma işləri dayandırılıb.
SOCAR-dan XəzərNews.az-ın sorğusuna cavab olaraq işçilərin tam təxliyə olunduğu bildirilib. Hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur.
Qazma işləri hələlik bərpa olunmayıb. Mütəxəssislərdən ibarət olan operativ qrup qonşu özül və növbətçi gəmilərdən vəziyyətə nəzarət edir.

Xəbər 1622 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +