BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb


30.07.2022  09:19 

Bakıda nazir müavini qəzaya düşdü - FOTO-VİDEO





A+  A-

Nəsimi rayonu ərazisində - “Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə hərəkət edən 90FH005 nömrə nişanlı “BMW” markalı avtomobil “Hundai Santafe” markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra “BMW”dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.

Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib.

Daha sonra o, yol polisi ilə danışıb. “Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.

Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.
Onlar avtomobilləri kənara çəkib, yolu təmizləməyi göstəriş veriblər.

Zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün-red.) günahın kimdə olduğu kameralara baxılıb müəyyən ediləcək.

Avtomobilin kimə məxsus olduğu da araşdırılşb.

Məlum okub ki, 90FH005 nömrə nişanlı “BMW” Fövqəladə Hallar nazirinin birinci müavini, genaral-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.

Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir./Bakupost.az



Xəbər 1638 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +