Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


14.08.2021  13:26 

Xankəndidə su qıtlığı yaşanır





A+  A-

Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı səbəbindən fövqəladə vəziyyət tətbiq edilir.
XəzərNews.az xəbər verir ki, Xankəndinin 30% əhalisi içməli su qıtlığı ilə üzləşib. "Su və kanalizasiya" şirkətinin direktoru Qaqik Poqosyan bildirib ki, son 40 gündür şəhərdə yağış yağmayıb. Havanın temperaturu isə 30 dərəcədən aşağı enməyib.

Həmçinin qeyd olunur ki, Xankəndi sakinləri suyu Meqraqet, Hraqet və Vararak çaylarından alır. Bu çaylarda da suyun səviyyəsi enib və böyük bir hissəsi quruyub.

Havanın tepmeraturunun artması şəhərdə su qıtlığı ilə bağlı məsələni aktual saxlayır. Hazırda yanğınsöndürənlər vasitəsilə əhaliyə içməli suyun çatdırılmasına çalışılır.

Poqosyan əhalinin sayı ilə bağlı həqiqətə uyğun olmayan rəqəmlər də səsləndirib. Onun sözlərinə görə, indi Xankəndidə 75 min adam yaşayır və təbii olaraq su istehlakı artıb. Amma sosial şəbəkələrin hər iki seqmentində yayılan foto-videolardan görünür ki, ermənilər Azərbaycan şəhərini sürətlə tərk edir.

Xəbər 1966 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +