“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


16.01.2019  19:27 

Coğrafiya İnstitutu - Azərbaycandan siklon keçəcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.
Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək. Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Xatırladaq ki, artıq digər rəsmi qurumlar hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib, gücləndirilmiş iş rejiminə keçiblər.

Bəs sonuncu dəfə ölkə ərazisində belə güclü küləkli hava şəraiti nə vaxt müşahidə olunub?

XəzərNews.az bildirir ki, AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a açıqlamasında ölkə ərazisində sonuncu dəfə əsən güclü küləkdən danışıb.

“Sonuncu dəfə 2015-ci ildə belə güclü külək olub. Küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb. Hətta həmin hava şəraiti dənizdə insan tələfatı ilə nəticələnmişdi. Bu dəfə miqyası geniş olacağından öncədən xəbərdarlıq edilib. Belə hallar dənizdə tez-tez müşahidə edilir. Elə vaxtlar olub ki, Neft Daşlarında dalğanın gücü estakadanı aşırıb. Bunun ən qorxulu hissəsi dənizdə küləyin sürəti ilə bağlıdır. Dənizdə küləyin sürəti daha çox olacaq. Dəniz şəraiti, çoxmərtəbəli tikililər üçün mütləq öncədən tədbirlər görülməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də haqlı olaraq qərargahlar yaradıb. Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejiminə keçməklə bağlı düzgün qərar verib”.

Məhərrəm Həsənov deyib ki, belə küləklər az-az hallarda müşahidə olunsa da, Bakı üçün gözlənilməz hal deyil.

“Bakıda 25-28 metr küləyin olmasını fəlakət hesab etmirik. Söhbət məndən yox, bütün coğrafiyaşünaslardan, iqlimşünaslardan gedir. Bu dəfə isə çox güclü külək gözlənilir. Bunun da səbəbi Bakıda atmosfer təzyiqinin təqribən normadan 10 milli metr az, 752 milli metr civə sütunu civarında olması ilə bağlıdır. Bu da o deməkdir ki, təzyiq azdır və kənardan hava kütlələri bura daha böyük sürətlə axacaq. Bu külək cənub-qərb və şimal-qərb istiqamətli küləklər olacaq. Aralıq dənizi üzərində formalaşan siklonun müəyyən bir hissəsinin Azərbaycandan keçəcəyi gözlənilir. Bu təbii ki, güclü küləyə səbəb olacaq”

Xəbər 1337 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +