Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur


07.12.2017  09:48 

Saakaşvilinin xanımının Bakı səfəri təxirə düşdü





A+  A-

Xəbər verdiyimiz kimi, Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofsun Bakıya səfəri təxirə salınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az saytına Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib.

Buna səbəb isə Ukraynada baş verən hadisələrlə əlaqədar Sandra Rulofsun həyat yoldaşı Mixail Saakaşvilinin yanına yollanmasıdır.

“Bu gün bizimlə əlaqə yaradıb bildirdilər ki, təqdimatın müddətini başqa bir vaxtla əvəzləmək məcburiyyətindədilər.

Bizdə Milli Fikir Mərkəzi olaraq məsələni anlayışla qarşılayıb bildirdik ki, xanım Rulofsun iştirakı olmadan kitab Azərbaycan cəmiyyətinə təqdim edilməyəcək və satışı həyata keçirilməyəcək. Ona görə tədbirimizi bir müddətlik gecikdirməli olacağıq.
Təqdimatın hansı tarixdə olacağı barədə məlumat əldə edən kimi sizinlə paylaşacağıq”-deyə ŞMəcidzadə söyləyib.

Onun sözlərinə görə, tədbirin vaxtı dəqiqləşən kimi xüsusi qonaqlara yenidən dəvətnamə göndəriləcək.

“Amma indiyə qədər qeydiyyatdan keçən iştirakçılarımız üçün artıq yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Tədbirin vaxtı müəyyənləşən kimi onlara məlumat verəcəyik.Gəlib iştirak edəcəklər.
Məsələnin anlayışla qəbul ediləcəyinə ümid edirəm”.

Qeyd edək ki, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcəkdi.

Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatının keçirilməsi nəzərdə tutulurdu.

Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.

Xəbər 1446 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +