Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


29.04.2025  10:40 

Qırmızı dənizdə ABŞ-nin 60 milyon dollarlıq döyüş təyyarəsi itib





A+  A-

Aprelin 28-də Amerikanın USS Harry S. Truman təyyarədaşıyan gəmisi Bəhreyn sahillərində Qırmızı dənizdə F/A-18E Super Hornet döyüş təyyarəsini itirib.

XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri bildirir ki, ekipaj təyyarə anqara aparılarkən idarəetməni itirib və nəticədə qırıcı və traktor göyərtədən aşıb.

Xəbərdə deyilir ki, dənizçilər avadanlığı tərk edə biliblər, biri yaralanıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. ABŞ ordusu qeyd edib ki, təyyarədaşıyan gəminin zərbə qrupu və göyərtəsindəki hava qanadı insidentdən sonra tam döyüşə hazır vəziyyətdədir.

Jurnalistlər Hərbi Dəniz Qüvvələrinə istinadən qeyd edirlər ki, batmış F/A-18E Super Hornet-in dəyəri təxminən 60 milyon dollardır.

Xəbər 1015 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +