“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


31.05.2017  15:56 

Ziyafət Əsgərovdan deputata xəbərdarlıq…





A+  A-

“Cəzaların sərtləşdirilməsi cinayətkarlığa qarşı mübarizədə yalnız kiçik zamanda effektli olur. Sonradan isə insanlar buna öyrənirlər. Əgər hesab edirlərsə ki, onlar məsuliyyətdən yayına biləcəklər, o zaman cəzanın sərtliyi cinayətkarlığın qarşısının alınmasında heç bir rol oynamır”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliyi müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, hazırda biz cəzanın labüdlüyünün təmin olunmasına diqqət etməliyik.

“Digər tərəfdən isə çalışmalıyıq ki, cəzalar ədalətli olsun. Burada yüzlərlə sənədə əlavə və dəyişikliklər edilir. Ancaq mən bir norma haqqında danışmaq istəyirəm. Hesab edirəm ki, təkcə bu kifayət eki, biz bu məsələ üzərində yenidən işləyək. Misal üçün, 295-ci maddədə deyilir ki, bilə-bilə ədalətsiz hökm, qətnamə və ya qərar çıxrtmaq. Hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxartması üçün 5 min manatdan 8 min manata qədər cərimə nəzərdə tutulur. Yaxud da üç ilədək müddətdə azadlıqdan məhrum etmək cəzası var.

Bilirsiniz, hakim bilərəkdən ədalətsiz qətnamə və ya qərar qəbul edirsə, bu dövlətin birbaşa əsaslarını dağıdır, vətəndaşın dövlətə və öz xalqına olan inamını sarsıdır. İnsanlar da düşünürlər ki, axı biz necə millətik ki, öz xalqımıza qarşı ədalətsiz qərarlar çıxarırıq. Ona görə də bu cür hallara qarşı cərimələr cəza növündən ümumiyyətlə çıxarılmalıdır. Əvəzində isə bu cür cinayətlər ağır cinayət kateqoriyasına aid edilməlidir. Bilərəkdən ədalətsiz qərar və yab qətnamə çıxaran hakimlərə qarşı cəzalar ən azı 7 ildən 15 ilədək olmalıdır”.

Deputat qeyd edib ki, bəzi hakimlər xüsusilədə mülkü işlərdə məhkəmə proseslərini hərraca çevirirlər. “Sonra da udan tərəfdən böyük məbləğdə pullar alırlar. Bu cür hakimləri 5-8 min manat cərimə etsələr belə, nə təsiri olacaq?”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə buna etiraz edib. O deyib ki, bu cür yanaşma doğru deyil: “Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”.

Xəbər 1878 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +