Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


04.06.2019  10:57 

“Nadzor”u güllələyərək öldürən iş yoldaşı imiş





A+  A-

Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyən 1990-cı il təvəllüdlü Kəramət Məmmədlini mayın 2-də başından güllələyərək öldürən şəxs saxlanılıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, K.Məmmədlini Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdə elə öz həmkarı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı güllələyib. Ailəsindən boşanan K.Məmmədli evdə tək yaşayırmış.

İstintaqın ilkin mərhələsi olduğu üçün şübhəli şəxsin ad soyadı açıqlanmır.

Şəmkir rayon prokurorluğundan bildirilib ki, bu hadisə ilə bağlı cinayət işi onlardan alınaraq Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.

K.Məmmədlinin qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs gizləndiyi üçün axtarışa verilmişdi.

Xəbər 1333 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +