Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


06.06.2020  17:04 

OPEC+ hazırkı azalmanı bir ay uzada bilər





A+  A-

“Böyük ehtimalla OPEC+ ölkələri bu gün keçiriləcək görüşdə hasilatın hazırkı səviyyədə azaldılmasının bir ay da uzadılması barədə razılığa gələcəklər”.
XəzərNews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətindən biri bildirib.

“Böyük ehtimalla bugünkü görüş sazişin bir ay uzadılması ilə nəticələnəcək. Bu, OPEC+ çərçivəsində ümumi trenddir”,- o əlavə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, iyul-dekabrda 7,7 mln barel, 2021-ci ilin yanvar - 2022-ci ilin aprelində isə 5,8 mln barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib.

Bu gün OPEC+ ölkələri nazirlərinin görüşündə hasilatın mövcud səviyyədə azaldılması müddətinin bir qədər də uzadılması müzakirə ediləcək. Bundan öncə yayılan məlumatda Səudiyyə Ərəbistanı və Rusiyanın iyul ayında da azaldılma barədə razılığa gəldiyi, hətta Səudiyyə Ərəbistanın hazırkı səviyyədə azalmanı mümkün olarsa, dekabr ayına qədər uzatmaq istədiyi qeyd edilib.

Xəbər 2757 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +