Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


11.01.2018  19:25 

Nazirlikdə struktur dəyişikliyi edildi





A+  A-

Energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə nazir Pərviz Şahbazov qurumun yeni strukturunu təsdiq edib.
XəzərNews.az xəbər verir ki, aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb. Yeni yaradılmış struktur vahidlərindən biri nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir.

Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb. Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub. Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.

Xəbər 1600 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +