Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


17.07.2017  20:39 

“WhatsApp”a maraqlı funksiya gəlir





A+  A-

Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar.

Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.

Məlumata görə, beta versiya istifadəçiləri “YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız “iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “iPhone 6” modelindən başlayan smartfonlarda işləyir.

“Android” və ya “Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki bu imkandan məhrumdur.

Xəbər 1725 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +