Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


05.07.2017  20:42 

Cənubi azərbaycanlıların milli mübarizə tarixinə dair kitab çap olunub





A+  A-

Monoqrafiyada İranda Azərbaycan türkcəsinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda aparılan mübarizənin tarixi tədqiq edilib
XezerNews.az-a verilən məlumata görə, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyevanın “İran İslam İnqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər) adlı kitabı çap olunub. Kitabda İran İslam Respublikası hakim qüvvə¬lə¬rinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılıb.
Müəllif gərgin ictimai-siyasi kataklizmlərin, sosial-mədəni təbəd¬dü¬lat-ların, panfarsist siyasi sistemin və ideologiyasının təsirinə məruz qalan cənubi azərbaycanlıların həm İran daxilində, həm də xaricdə Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda mübarizəsinin tarixi şəraitə uyğun olaraq formalaşması prosesini tədqiq edib. Monoqrafiya milli məsələyə həsr edilmiş növbəti tədqiqat əsəri olaraq çoxaspektli dil məsələsinin birbaşa bağlılığı ilk baxışdan aydın görünməyən digər aspektlər - iqtisadi, siyasi, hüquqi, dini, sosial, demoqrafik, regional və qlobal dəyişikliklər və s. nöqteyi-nəzərdən araşdırılması baxımından da əhəmiyyətlidir.

Xəbər 1389 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +