Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


25.01.2018  09:52 

İtkin düşən gəmidə azərbaycanlılar da var? - XİN-dən AÇIQLAMA





A+  A-

"Azərbaycanın Yaponiyadakı səfirliyi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşən Rusiyaya məxsus "Vostok" balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır".
XəzərNews.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, əlavə məlumat əldə olunduğu təqdirdə ictimaiyyətə çatdırılacaq.

Xatırladaq ki, Yapon dənizinin Primorski vilayəti sahillərində Rusiyaya məxsus "Vostok" ("Şərq") balıqçı gəmisi itkin düşüb. Gəminin göyərtəsində Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarından ibarət 21 heyət üzvü olub.

Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.

Axtarışlar hələlik nəticə verməyib.

Xəbər 1342 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +