Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


25.11.2017  14:56 

Aqil Ələsgər Beynəlxalq Təhlükəsizlik Simpoziumunda çıxış etdi





A+  A-

Antalyada II Beynəlxalq Təhlükəsizlik Simpoziumu keçirilib. Simpoziumda FETÖ terror şəbəkəsinin onilliklər ərzində Türkiyədə və başqa ölkələrdə həyata keçirtdiyi pozuculuq fəaliyyətinə işıq salınıb.
XəzərNews.az xəbər verir ki, Türkiyə Polis Akademiyası Terror və Təhlükəsizlik Araşdırmaları Mərkəzi (UTGAM) tərəfindən Antalyada keçirilən “FETÖ beynəlxalq təhdid kimi” Simpoziumunda ABŞ prezidenti Donald Trampın seçki kampaniyasındakı müşaviri Teodor Ruzvelt Mallok, Rusiya Təhlükəsizlik Akademiyası Xarici İqtisadi Əlaqələr Şöbəsinin müdiri Tələt Ənvəroviç, araşdırmaçı yazar Nədim Şənər, “Yeni Çağ” Analitik İnternet qəzetinin baş redaktoru, “Terrorun gülən üzü” və “Səssiz işğal” kitablarının müəllifi Aqil Ələsgər, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının dosenti Mürtəza Həsənov və digərləri çıxış ediblər.
Natiqlər öz çıxışlarında FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə ətraflı toxunublar.
Simpoziumda çıxış edən Aqil Ələsgər əsas diqqəti FETÖ terror şəbəkəsinin maliyyə-iqtisadi dayaqlarının hələ də güclü olmasına yönəldib. Baş redaktor qeyd edib ki, FETÖ-nun maliyyə dayaqları sıradan çıxarılmasa, şəbəkə ilə mübarizədə ciddi çətinliklər yaranacaq. Aqil Ələsgər FETÖ-nun Qafqazda, Azərbaycan və Orta Asiya ölkələrində qurduğu şəbəkələrə qarşı mübarizə aparıldığını, xüsusilə, Azərbaycanda İlham Əliyevin bu mövzuda həssas olduğunu, ancaq bu örgütün hələ də böyük təhlükə mənbəyi olaraq qaldığını qeyd edib.




Xəbər 1600 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +