Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


22.09.2017  20:28 

Bakıda sürücünü vəhşicəsinə döyən şəxs tutuldu





A+  A-

Bakı şəhərində avtobus sürücüsünü döyən şəxs saxlanılıb.
XəzərNews.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğuı müəyyən edilib və o, sentyabrın 20-də istintaqa təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. C. Bədəlova həmin maddə üzrə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bu gün məhkəmə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Qeyd edək ki, məlum hadisə sentyabrın 18-də axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Xəbər 1491 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +