Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


18.05.2017  13:56 

+18 sərgisini təşkil edənlər məhkəməyə veriləcək





A+  A-

“+18” sərgisinin təşkilatçıları və rəssamla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
XəzərNews.az xəbər verir ki, bunu Aznews.az-a Azərbaycan Uşaqlar Birliyini sədri Kəmalə Ağazadə Bakıda keçirilən qız kuklalarından ibarət “+18” sərgisinə münasibətində deyib. O, bildirib ki, qanunla belə bir sərginin keçirilməsi üçün lazımı qurumlardan icazə alınmalıdır:

“Mən anlaya bilmirəm, kuklalardan ibarət sərginin keçirilməsində məqsəd nədir? Biz tədbirlər, seminarlar keçirəndə nə böyüklükdə mərhələlərdən keçirik, lazımi qurumlardan icazələr alırıq. Belə bir sərginin keçirilməsi üçün icazə alınıb? Ümumiyyətlə, bu sərginin məqsədi nədir? Nəyi təbliğ edirlər? Hansısa bir fahişə qadının keçmişini? Bu, nə rəzalətdir, nə biabırçılıqıdır? Uşaqları düşünün. Uşaqların oyuncaqları ilə siz nə edirsiniz? Oyuncaqlar üzərində nümayiş etdirdiyiniz bu obrazlar psixoloji problemi olan uşaqlara mənfi təsir edir. Ən əsas odur ki, bunu uşaqlar görəcək.”

Kamalə Ağazadə qeyd edib ki, bu sərgi Rusiyada keçirilib və böyük narazılığa səbəb olub: “Utanmadınız ondan? Gördünüz ki, orada niyyətiniz baş tutmur, Azərbaycanda həyata keçirməyi planlaşdırdınız? Bəyəm Rusiyada olanlar bu rəssama dərs olmur? Sən nəyi əldə etməyə çalışırsan? Bir azərbaycanlı olaraq nəyi təbliğ eləmək istəyirsən? Bu, belə qala bilməz. Uşaqların oyuncaqları kimlərinsə pis niyyətinə çevirilə bilməz. Onlar cavab verməlidir.”

Kamalə Ağazadə bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini vurğulayıb.



Xəbər 1407 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +