“Qarabağ” bu dəfə “Turan Tovuz“a uduzdu
Xəzərdə zəlzələ olub
Nəsildən-nəslə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır - Səidə
DİN xəbərdarlıq etdi: Bu paylaşımlar saxtadır...
Nianın evinə silahlı basqın EDİLDİ
Mərdəkanda evdə partlayış: Yaralanan var
Son 24 saat ərzində 167 döyüş qeydə alınıb
Xətaidə bu park zibilxanaya çevrilib - VİDEO
Paşinyan hansı əraziləri Azərbaycana verməyəcək?
Belarusda prezident seçkiləri keçirilir


03.05.2018  12:56 

Abituriyentlərə XƏBƏRDARLIQ - O maşınlarına baxmayın!





A+  A-

“Azərbaycanda valideynlər imtahan prosesini o qədər dramatikləşdirirlər ki, şagirdlər qəbul imtahanlarını sanki dinozavra bənzətməyə başlayıblar”
XəzərNews.az bildirir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, qəbul həftəsində valideynlər uşaqlara təzyiq etməməlidirlər:

“Onlar daha təmkinli düşünüb, abituriyentlərə rahatlıq hissini yaşatmalıdırlar. Çox vaxt valideynlər uşaqlarının digərlərindən geri qalması qorxusundan, yüksək bal toplamaması riskindən, öz arzu və istəklərini övladlarının üzərində həyata keçirməyə çalışmasından dolayı onların qarşına böyük tələblər qoyurlar. Bu fikirlər uşaqlarda həssaslıq yaradır. Ailənin maddi durumunun aşağı olması və uşağın bilik potensialının zəifliyi də psixoloji pozuntuya gətirib çıxarır. Abituriyentin beynində “birdən yetəri bal toplaya bilməyib pulluya düşərəm”, “pulluya düşsəm, necə olacaq?” kimi düşüncələr formalaşır. Onların missiyaları oxumaq olduğu halda, bu missiyanın 70 %-ni həyəcana sərf edirlər”.

Psixoloq qeyd edib ki, valideynlər övladlarının çiyinlərinə böyük məsuliyyət qoymamalıdırlar:

“Abituriyentin potensialı nədirsə, onu da doğruldacaq. Şagird öncə valideynlərdən rahatlıq görməlidir. Onlar valideynlərə baxaraq, özləri də sakitləşəcəklər. İmtahan prosesindəki həyəcanları qismən aradan qalxacaq. Unutmayın ki, imtahan adi bir gündür. Uşaqlara imtahanda gələcəklərinin həll olunub-olunmamasından bəhs etməsinlər. İmtahan prosesini bəsit formaya salmaq lazımdır. Şagirdlər təcili tibbi yardım maşınlarını imtahan binalarının qarşısında görüb müxtəlif fikirlərə qapılırlar: “mənim də ürəyim gedə bilər”, “mən də həyəcandan depressiyaya düşərəm”, “orqanik problemlər yaranar”, “həyəcandan diareya ola və qusa bilərəm”. Abituriyentlər, hətta imtahan günü həyəcan pozuntusundan özlərini ifadə edə də bilmirlər. Bu baxımdan, psixoloji dözümlülük çox mühümdür. Bu, uşaqların necə tərbiyə olunmasından, şəxsi keyfiyyətlərindən asılıdır”.

Bəs qəbul imtahanlarına bir həftə qalmış abituriyentlər istirahətlərinə necə fikir verməlidirlər?

Gülər Məmmədova istirahətin çox vacib olduğu bildirib:

“Sevindirici haldır ki, abituriyentlər iki dəfə imtahan verəcəklər. Son günə qədər yuxu rejiminə və sağlam qidalanmaya əməl etmək şərti ilə oxumaq, təkrarlar etmək lazımdır. Gecə yuxusu mütləqdir. Gün ərzində ən az bir saat istirahət etməlidirlər. İmtahan günündən öncə çox ağır yeməklər yeməməli, enerji içkilərindən qaçmalıdırlar. İmtahana 1 həftə qalmış sağlam atmosfer yaratmaq vacibdir. Valideynlərin özlərinin arasında sağlam münasibət olmalıdır ki, uşağa psixoloji təsir etməsin. İmtahanda özünü itirə də bilərsən, yaxşı nəticə əldə etməyə də bilərsən. İstənilər halda həyatın davam etdiyini unutmasınlar”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən may ayının 13-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ilk qəbul imtahanlarını keçiriləcək.

Xəbər 1374 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.01.2025  18:16 

Xəzərdə zəlzələ olub

26.01.2025  10:28 

O əməliyyatdan 33 il ötür

26.01.2025  10:15 

59 yaşlı qadını avtomobil VURDU

26.01.2025  00:39 

Ərdoğan Xocalıya səfər edəcək

25.01.2025  19:02 

Xəzərdə zəlzələ OLDU

25.01.2025  12:57 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +