“Qarabağ” bu dəfə “Turan Tovuz“a uduzdu
Xəzərdə zəlzələ olub
Nəsildən-nəslə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır - Səidə
DİN xəbərdarlıq etdi: Bu paylaşımlar saxtadır...
Nianın evinə silahlı basqın EDİLDİ
Mərdəkanda evdə partlayış: Yaralanan var
Son 24 saat ərzində 167 döyüş qeydə alınıb
Xətaidə bu park zibilxanaya çevrilib - VİDEO
Paşinyan hansı əraziləri Azərbaycana verməyəcək?
Belarusda prezident seçkiləri keçirilir


30.04.2018  15:28 

Kəmalə Ağazadə məhkəməyə gəlmədi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin məhkəməsi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə K.Ağazadənin məhkəməyə gəlmədiyi məlum olub. Onun vəkili Aqil Layıcov bildirib ki, müvəkkili günün ikinci yarısında prosesdə iştirak edə biləcək.

Bu səbəbdən məhkəmə saat 16-ya təxirə salınıb.

İttihama görə, K.Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib. O həmçinin, özünün görməli olduğu işə görə vətəndaşı başqa bir vəzifəli şəxsə rüşvət verməyə təhrik edib. Bu əməli bir neçə dəfə təkrarlayıb.

Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından Azərbaycan Uşaqları Birliyinin sədridir. O, bu vəzifədə işləyərkən Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün əməldaşlıq edib.

Bu məqsədlə 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

Həmin müqavilənin müddəti bitdikdən sonra K.Ağazadə Səhiyyə Nazirliyindəki vəzifəli şəxsə rüşvət verərək əməkdaşlıq müqaviləsinin müddətinin uzadılacağını vəd edib və adıçəkilən 3 nəfərlə yenidən müqavilə bağlayacağını vəd edib.

K. Ağazadə bu məqsədlə 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib. Nazirlikdəki vəzifəli şəxsə pul verəcəyini isə yalan deyib.

K.Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

O, həbs edilməsə də, barəsində polisin nəzarətinə verilməklə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xəbər 1522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.01.2025  18:16 

Xəzərdə zəlzələ olub

26.01.2025  10:28 

O əməliyyatdan 33 il ötür

26.01.2025  10:15 

59 yaşlı qadını avtomobil VURDU

26.01.2025  00:39 

Ərdoğan Xocalıya səfər edəcək

25.01.2025  19:02 

Xəzərdə zəlzələ OLDU

25.01.2025  12:57 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +