Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


20.07.2023  12:11 

Lənkəranda əməliyyat: 13 nəfər saxlanılıb





A+  A-

Lənkəran sakininin həyətindən narkotik vasitə və çətənə kolları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Balıqçılar qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Müqəddəs Qəmbərov saxlanılıb. Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı M.Qəmbərovun yaşadığı evin həyətindəki yarımçıq tikilidən kultivasiya yolu ilə yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 1011 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +