Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


23.05.2023  17:26 

Daşnaksütyun partiyası: “5 ay vaxtı var”





A+  A-

"Paşinyanın Qarabağın təslim olması ilə bağlı bəyanatı bizim üçün sürpriz olmadı".

Bu sözlərin müəllifi Ermənistan parlamentinin Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyandır.

“Paşinyan faktiki olaraq Qarabağın təslim edilməsi üçün yol xəritəsini və cədvəlini dərc edib. Mənə elə gəlir ki, Moskvada bu ayın 25-də yeni üçtərəfli bəyanat veriləcək, sonra bu Kişinyovda davam etdiriləcək, daha sonra isə Brüsseldə yeni təslim şərtlərini razılaşdırmağa çalışacaqlar. Bu ilin oktyabr ayında keçiriləcək toplantı artıq elan olunub. Onlar təslim müqaviləsini hazırlamağa və sonra ratifikasiya etməyə çalışacaqlar. Yəni faktiki olaraq ermənilərin, bütün siyasi qüvvələrin və vətəndaşların Qarabağın təslim edilməsi prosesini dayandırmaq üçün 5 ay vaxtı var”, - deyə Saqatelyan bildirib.

Saqatelyan müxalifətin bu prosesdə sadəcə bəyanatlarla kifayətlənməyəcəyini bildirib. “ İndi bizim vəzifəmiz Ermənistanda, Qarabağda və diasporda yeni qüvvələrlə ümummilli müqavimət formalaşdırmaq, cəmiyyəti genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına hazırlamaq və döyüşə çıxmaqdır. Müxalifətin əsas vəzifəsi bundan ibarətdir. Bizə görə Paşinyan iqtidarının fəaliyyəti qeyri-legitimdir”, - deyə, revanşist erməni qeyd edib./Musavat.com

Xəbər 1423 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +