Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


08.09.2022  17:49 

Əvəz Eynulla kimi pulun üstündə oturmayıb, ədalətin yanındadır...





A+  A-

Dostlar, hazırda gündəmi jurnalistlər - Əvəz Zeynallı ilə Eynulla Fətullayevin qalmaqalı zəbt edib. İnanın ki, Zelenski, Paşinyan, hətta Putin yaddan çıxıb. Eynullayev Zeynallını məlum "armatur kralı", indi həbsdə olan Rasim Məmmədovdan 20 min manat pul almaqda ittiham edir. Zeynallı da bacardıqca bu ittihamları rədd edir. Amma mən məsələyə başqa aspektdən yanaşmaq istəyirəm. Diqqət edin...

Azərbaycanın bütün pullarını Rasim Məmmədov qazanmalı, Eynulla Fətullayev xərcləməlidirmi? Deməli, Məmmədov Azərbaycanda armatur sahəsində monopoliya yaratmalı, yuxarıların (oxu: Ramiz Mehdiyevin) dəstəyi ilə öz rəqiblərini zorla susdurmalı, milyonlar qamarlamalıdır?! Bu pulların bir hissəsini də keçmiş SİNİF YOLDAŞI Fətullayevin qabağına atmalı, Haqqın.az-ın təriflərini qazanmalıdır?! Məmmədovun qamarladığı milyonlarından Zeynallıya, ya başqasına bir qəpik düşməməlidir?!

Axı, biz kommunizmdə yaşamırıq, bütün dünyada araşdırıcı media belə işləyir. Milyonçuların, inhisarçıların həyatını, fəaliyyətini araşdırır, qanundan, ya əxlaqdan kənar, sensasiyalı, qalmaqallı məqamları tapır və araşdırmaların obyektinə müraciət edir. Əgər axırıncı araşdırma materiallarını almağa razı olursa satır, olmursa yayımlayır, ya da hüquq-mühafizə orqanlarına yollayır. Azərbaycanda mərhum Habil Vəliyev də, məlum Eynulla Fətullayev də belə işləyir. İndi Əvəz Zeynallı, ya bir başqası belə işləyə bilməz?!Axı, şikayət yoxdursa, burda cinayət tərkibi də yoxdur...

Maraqlıdır, Fətullayev Loti Qulinin yanına İstambula öz pulu ilə getmişdi, ya onu təmənnasız reklam etmişdi, ya da illərdir ki, dostu Rasim Məmmədovu pulsuz tərifləyir? Bəlkə ədalət aşiqidir, Mübariz Mənsimovu da pulsuz təhqir edir, aləmdə biabır etmək istəyir?! Bu dəfə yəqin Zeynallı Fətullayevin özəlləşdirdiyi "armatur" sahəsinə girir, odur ki, axırıncının xoşuna gəlmir.

Və son olaraq...

Zeynallı da, Fətullayev də Azərbaycanda tanınmış jurnalistlərdir, hər ikisi peşəkardır. Mənim heç biri iləşəxsi tanışlığım yoxdur. Amma simpatiyam Əvəzin yanındadır, çünki Əvəz Eynulla kimi pulun üstündə oturmayıb, ədalətin yanındadır...

Qalib ARİF

Xəbər 2016 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +